
Unibank KB ASC-də kadr dəyişikliyi həyata keçirilib. Bankdan verilən məlumata görə, Cəbiyev Nadir Tahir oğlu İnformasiya Təhlükəsizliyi departamentinin Direktoru vəzifəsinə təyin edilib. Təyinat 2 dekabr 2025-ci il tarixindən etibarən qüvvəyə minib.
Nadir Cəbiyev daha əvvəl “Azərikard” MMC, “Guavalab” MMC və “Azər Türk Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
O, bakalavr və magistr təhsilini Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası ixtisası üzrə tamamlayıb.
Qeyd edək ki, Nadir Cəbiyev informasiya təhlükəsizliyi, şəbəkə idarəetməsi və layihə idarəçiliyi üzrə beynəlxalq sertifikatlara malikdir.





