Home » Unibank KB ASC-də yeni təyinat

Unibank KB ASC-də yeni təyinat

by Zeyneb
0 comments 10 views 0 minutes read

Unibank KB ASC-də yeni kadr təyinatı həyata keçirilib. Bankdan verilən məlumata görə, Qafar Müzəffərov Əməliyyat sistemlərinin idarə olunması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qafar Müzəffərov 7 oktyabr 2025-ci il tarixindən etibarən yeni vəzifəsini icra edir. O, bundan əvvəl həmin şöbədə ekspert vəzifəsində çalışıb.

Qafar Müzəffərov 16 may 2021-ci ildən Unibank komandasına qoşulub. Bank sektoruna gəlməzdən əvvəl “STA-İnfo” İnformasiya Agentliyi, “Telekom Qrup” MMC və “L-SİM” MMC-də fəaliyyət göstərib.

O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “Əmtəəşünaslıq” ixtisası üzrə alıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.