4 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
7 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi |
Hərrac tarixi | Ödəmə periodu | Tədavül müddəti |
AZ2015002028 | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar | 200,000 (ədəd) | 100 manat | 11.5% | 07.09.2023 | Hər 90 (doxsan) gündən bir | 360 gün |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.