Home » Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Unibank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı.  İllərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusunda olan gənc, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bankəməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Cavidan İsmayılov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib: “Çox sevinirəm ki, illərdir xəyal etdiyim öz işimi qurmaq arzum reallaşdı. Yəni artıq özüm üçün, ailəm üçün işləyəcəm, gələcəkdə gəlirlərimi artıraraq biznesimi daha da böyüdəcəm. Şəxsi biznesi olmaq, daimi gəlir mənbəyi olmaq deməkdir və bu sevinci mənə, ailəmə yaşatdığı üçün “Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət “Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank-hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.