Home » Unibankdan Gənclər Günü münasibətilə bank kartlarını pulsuz alın!

Unibankdan Gənclər Günü münasibətilə bank kartlarını pulsuz alın!

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Unibank 2 fevral- Gənclər günü münasibəti ilə debet kartları hər kəs üçün pulsuz edib. Fevralın 2-dən 4-dək davam edən kampaniya çərçivəsində Unibank filiallarına müraciət edən hər kəs, pulsuz debet kart əldə edə biləcək. Sadəcə şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına müraciət etməyiniz kifayətdir.

Unibank kart sahibləri bu həftə həm də çox sərfəli alış-veriş edənlər siyahısında olacaqlar. Həftənin sonunadək (6 fevral daxil) istənilən Unibank kartı ilə “Trendyol” saytında edilən hər bir ödəniş məbləğinin 5% -i keşbek formasında  kart sahibinə geri qayıdacaq.

İndi Unibank kartına sahib olmağın aşağıdakı üstünlükləri var:

-Bank filialında yerindəcə, dərhal və pulsuz kart almaq;

– 24/7 ATM-lər və ödəniş terminalları ilə mədaxil imkanı;

– Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;

– Kredit xəttində 40 günədək güzəşt müddəti;

– Apple Pay və NFC ilə təmassız ödəniş imkanı;

– Kartdakı vəsait qalığına illik 5%-dək bonus;

– Dünyanın bütün YDM və restoranlarında tam 5% keşbək

Unibank hazırda yüzminlərlə ödəniş kartı ilə müştərilərinin xidmətindədir. Kart sahibləri asanlıqla və çox rahat, təhlükəsiz şəkildə öz kartları ilə alış-veriş edə bilirlər. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan fəaliyyət göstərir. 

Bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az,  https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank-Sənin Bankın!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.