Home » “Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub

“Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Unicapital” İnvestisiya Şirkətinin Səhmdarının qərarı ilə Tahir Qəribov “Unicapital” İnvestisiya Şirkəti” ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin olunanadək “Unicapital” Müşahidə Şurasının müşaviri vəzifəsində çalışıb.

Tahir Qəribov Unibank komandasına 2010-cu ildən qoşulub. O, bankda “Lizinq Əməliyyatları Departamentinin rəhbəri”, “İdarə Heyəti sədrinin törəmə təşkilatları üzrə müşaviri”,  “İnvestisiya Bankçılığı Departamentinin direktoru” və digər vəzifələrdə işləyib. 2018-ci ildən isə “Unicapital” İnvestisiya Şirkətində çalışır.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində “Unicapital” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də xarici və yerli qiymətli kağızlara yatırım etmək istəyən yerli hüquqi və fiziki şəxslər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

“Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.