Home » “United Nations”: 50 milyon insan müasir kölədir

“United Nations”: 50 milyon insan müasir kölədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Birləşmiş Millətlər Təşkilatının (United Nations-UN) bazar ertəsi günü dərc etdiyi məlumata, əsasən dünya üzrə 50 milyon insan əmək və nikaha məcbur edilir. UN-nin 2 agentliyinin və “Walk Free Foundation”in birgə araşdırmasına, əsasən müasir köləliyə məcbur edilən belə insanların sayında son illərdə artım müşahidə edilib.  

BBN.az United Nations-a istinadən xəbər verir ki, araşdırmaya, əsasən 2021-ci ilin sonunda 28 milyon insan əməyə, 22 milyonu isə nikaha məcbur edilib. 2016 və 2021-ci illər arasında belə insanların sayında nə az, nə çox düz 10 milyon nəfər artım olub.

UN-nin Əmək Agentliyinin rəhbəri Guy Ryder isə açıqlamasında deyib ki, “şok budur ki, müasir köləlik ilə bağlı situasiyada bir inkişaf baş vermir”.

“United Nations” açıqlamasında deyib ki, “heç nə insan haqlarının bu əsaslı şəkildə sui-istifadə edilməsinə haqq qazandıra bilməz”. Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər müasir köləliyin bütün formalarını ləğv etməyi qarşısına məqsəd qoyub. Araşdırmaya görə, müasir köləlikdə artımın olmasının səbəbləri pandemiya və iqlim dəyişikliyidir. İqlim dəyişikliyi və silahlı münaqişələr iş və təhsildə gözlənilməz azalmanın olmasına səbəb olur, həddindən artıq yoxsulluğu artırır və onları təhlükəli miqrasiya etməyə məcbur edir.

Birləşmiş Millətlər Təşkilatından deyilib ki, məcburi əməyə cəlb edilən 5 nəfərdən 1-i uşaqlardır və miqrantlar üçün daha çox risk faktoru var. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.