Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
BBN.az xəbər verir ki, hərrac 07 sentyabr 2020-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 150 000 000 ( yüz əlli milyon ) manat vəsaitin cəlb edilməsi planlaşdırılır. Hərrac məbləğinin maksimum 20% hissəsi artırıla biləndir.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 6,26 % – 6,74 % aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.