Home » Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzil seçimi davam edir

Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzil seçimi davam edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi prosesi davam edir. Artıq Fondun razılıq barədə qərarını əldə edən 150 vətəndaşdan 56-sı onlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib.

Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar 8236
Müraciət formalaşdıranlar 7408
Müraciət göndərənlər 5769
Sənəd təqdim edənlər 292
Razılıq qərarı alanlar 150
Razılıq verilməsindən imtina olunanlar 1
Mənzil seçimi edənlər 56

 Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.