Home » Vətən müharibəsi qəhrəmanı olan şəhidin xatirəsi yad edilib

Vətən müharibəsi qəhrəmanı olan şəhidin xatirəsi yad edilib

by bbnadm
0 comments 0 views 1 minutes read

Bu gün Xırdalan şəhər 3 saylı məktəb-liseydə Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin döyüş dostlarının qəhrəman kəşfiyyatçı haqda xatirələri dinlənilib, şagirdlər tərəfindən şəhidə həsr olunmuş şeirlər səslənib.

Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Unibank şəhidin ailəsini himayəyə götürüb. Unibank rəhbərliyinin qərarı ilə şəhidin övladları uzun illər bankın himayəsində olacaq. Şahin Allahyarovun şəhadətindən sonra dünyaya gələn və özünün adını daşıyan övladının 18 yaşınadək aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.