Home » Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər

by Zeyneb
0 comments 1 views 1 minutes read

Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.

Yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumatı əldə etmək üçün:

· Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;

· “Şəxsi” kateqoriyası seçilir;

· “Sərhədkeçmə məlumatlarım” bölməsinə klik edilir;

· Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;

· Müvafiq məlumata daxil olmaqla, detallı məlumatlar əldə edilir.

Xidmət vətəndaşın yalnız Azərbaycana giriş və Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin sərhədkeçmə məlumatları mövcud deyil.

“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

Sosial media hesablarını izləmək üçün keçid

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.