“Forbes” jurnalı Rusiya biznesmenlərinin sərvətlərinin həcminə görə renkinqini açıqlayıb. Siyahıda Rusiyanın müxtəlif sektorlarda fəaliyyət göstərən 200 biznesmeni və onların sahib olduğu sərvətlərin dəyəri qeyd olunub. Belə ki, hesabata görə Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 2019-cu ilə nəzərən 40 milyard dollar azalıb.
2020-ci ildə Rusiyanın ən varlı biznesmeni adını Vladimir Potanin qazanıb. Əlvan metallurgiya sahəsində fəaliyyət göstərən “İnterros” holdinqinin prezidenti ötən il 18.1 milyard dollarlıq sərvət ilə siyahıda altıncı yeri tutan Vladimir Potanin bu il sərvətini 19.7 milyarda artıraraq birinciliyə yüksəlib.
Siyahıda diqqət cəlb edən digər bir məqam isə həmyerlimiz Vahid Ələkbərov renkinqdə geriləməsi olub. Belə ki, “Lukoil” şirkətinin əsas səhmdarı 2019-cu ildə 20.7 milyard dollarlıq sərvət ilə ilk üçlükdə qərarlaşıb. 2020-ci ildə isə, Vahid Ələkbərovun sərvəti 15.2 milyard dollara geriləyərək siyahıda beşinci yeri tutub.
Rusiyanın ən varlı 20 biznesmeni isə aşağıdakı kimidir:
Sıra | Biznesmen | Şirkət | Sektor | Sərvəti (milyard dollar) | Yaş |
1 | Vladimir Potanin | Интеррос | Əlvan metallurgiya | 19.7 | 59 |
2 | Vladimir Lisin | НЛМК | Qara metallurgiya | 18.1 | 63 |
3 | Leonid Mixelson | Новатэк | Neft qaz | 17.1 | 64 |
4 | Aleksey Mordaşov | Северсталь | Əlvan metallurgiya | 16.8 | 54 |
5 | Vahid Ələkbərov | Лукойл | Neft | 15.2 | 69 |
6 | Gennadiy Timçenko | Новатэк | Neft kimya | 14.4 | 67 |
7 | Alişer Usmanov | USM | Əlvan metallurgiya | 13.4 | 66 |
8 | Mixail Fridman | LetterOne | Neft və maliyyə | 13.0 | 55 |
9 | Andrey Melniçenko | Еврохим | Energetika | 12.5 | 48 |
10 | Roman Abramoviç | Millhouse | Əlvan metallurgiya | 11.3 | 53 |
11 | Mixail Proxorov | Онэксим | İnvestisiya | 11.2 | 54 |
12 | Viktor Vekselberq | Ренова | Əlvan metallurgiya | 10.5 | 63 |
13 | Süleyman Kərimov | Полюс | İnvestisiya | 10.0 | 54 |
14 | German Xan | LetterOne | Neft və maliyyə | 8.5 | 58 |
15 | Viktor Raşnikov | ММК | Qara metallurgiya | 7.3 | 71 |
16 | İskander Mahmudov | УГМК | Əlvan metallurgiya | 7.2 | 56 |
17 | Dmitriy Rıbolovyev | Магнетикс | Maqnitoterapiya | 6.6 | 53 |
18 | Aleksey Kuzmıçev | LetterOne | Neft və maliyyə | 6.5 | 57 |
19 | Andrey Skoç | USM | Qara metallurgiya | 6.3 | 54 |
20 | Leonid Fedun | Лукойл | Neft | 6.3 | 64 |