Home » Vahid Ələkbərov vəzifəsindən istefa verib

Vahid Ələkbərov vəzifəsindən istefa verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan əsilli biznesmen Vahid Ələkbərov Rusiyanın energetika nəhəngi “Lukoil” şirkətində tutduğu vəzifədən istefa edib. Bu barədə, şirkətin rəsmi səhifəsində məlumat qeyd edilib. Şirkətin Direktorlar Şurasının üzvü və Prezidenti vəzifəsini tərk edən Vahid Ələkbərov “Lukoil” səhmlərinin 3.12%-nə, səsvermə hüququ təmin etməyən səhmlərin isə 5.43%-nə sahibdir. Bununla yanaşı, Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank” ASC-nin əsas səhmdarı olan “Topaz İnvestment” şirkətinə rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, “Forbes” jurnalı tərəfindən tərtib edilən dünya biznesmenlərinin sərvətlərinin həcminə görə renkinqinə əsasən, Vahid Ələkbərov Rusiyanın onuncu ən varlı sahibkarıdır. 2021-ci ildə 24.9 milyard dollarlıq sərvət ilə dördüncü yerdə qərarlaşan Vahid Ələkbərovun sərvəti 2022-ci ildə 10.5 milyard dollara geriləsə də, siyahıda ilk onluqda yer alıb. Ümumi dünya milyarderlərinin siyahısında isə 188-ci yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.