Home » Vahid Ələkbərov ilk beşlikdə yerini qoruyub

Vahid Ələkbərov ilk beşlikdə yerini qoruyub

by bbnadm
0 rəy 4 baxış 2 dəqiqə oxuma

“Forbes” jurnalı Rusiya biznesmenlərinin sərvətlərinin həcminə görə renkinqini açıqlayıb. Siyahıda Rusiyanın müxtəlif sektorlarda fəaliyyət göstərən 200 biznesmeni və onların sahib olduğu sərvətlərin dəyəri qeyd olunub. Belə ki, hesabata görə Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 2019-cu ilə nəzərən 40 milyard dollar azalıb.

2020-ci ildə Rusiyanın ən varlı biznesmeni adını Vladimir Potanin qazanıb. Əlvan metallurgiya sahəsində fəaliyyət göstərən “İnterros” holdinqinin prezidenti ötən il 18.1 milyard dollarlıq sərvət ilə siyahıda altıncı yeri tutan Vladimir Potanin bu il sərvətini 19.7 milyarda artıraraq birinciliyə yüksəlib.

Siyahıda diqqət cəlb edən digər bir məqam isə həmyerlimiz Vahid Ələkbərov renkinqdə geriləməsi olub. Belə ki, “Lukoil” şirkətinin əsas səhmdarı 2019-cu ildə 20.7 milyard dollarlıq sərvət ilə ilk üçlükdə qərarlaşıb. 2020-ci ildə isə, Vahid Ələkbərovun sərvəti 15.2 milyard dollara geriləyərək siyahıda beşinci yeri tutub.

Rusiyanın ən varlı 20 biznesmeni isə aşağıdakı kimidir:

SıraBiznesmenŞirkətSektorSərvəti (milyard dollar)Yaş
1Vladimir PotaninИнтерросƏlvan metallurgiya19.759
2Vladimir LisinНЛМКQara metallurgiya18.163
3Leonid MixelsonНоватэкNeft qaz17.164
4Aleksey MordaşovСеверстальƏlvan metallurgiya16.854
5Vahid Ələkbərov ЛукойлNeft15.269
6Gennadiy TimçenkoНоватэкNeft kimya14.467
7Alişer UsmanovUSMƏlvan metallurgiya13.466
8Mixail FridmanLetterOneNeft və maliyyə13.055
9Andrey MelniçenkoЕврохимEnergetika12.548
10Roman AbramoviçMillhouseƏlvan metallurgiya11.353
11Mixail ProxorovОнэксимİnvestisiya11.254
12Viktor VekselberqРеноваƏlvan metallurgiya10.563
13Süleyman KərimovПолюсİnvestisiya10.054
14German XanLetterOneNeft və maliyyə8.558
15Viktor RaşnikovММКQara metallurgiya7.371
16İskander MahmudovУГМКƏlvan metallurgiya7.256
17Dmitriy RıbolovyevМагнетиксMaqnitoterapiya6.653
18Aleksey KuzmıçevLetterOneNeft və maliyyə6.557
19Andrey SkoçUSMQara metallurgiya6.354
20Leonid FedunЛукойлNeft6.364

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.