![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Mərkəzi Bankın təşəbbüsü ilə istehlakçıların hüquqlarının qorunması istiqamətində keçirilən növbəti görüşdə valyuta mübadiləsi məntəqələrinin səlahiyyətli şəxsləri iştirak edib.
Görüş zamanı Mərkəzi Bank tərəfindən ünvanlanmış müraciətlərin qanunvericiliyin tələbinə uyğun olaraq cavablandırılması istiqamətində təşkilatlarda funksionallıqların artırılması məsələləri diqqətə çatdırılıb. Həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, istehlakçıların maliyyə xidmətlərinə dair suallarının və müraciətlərinin ünvanlandırılması prosesində əlçatanlığın təmin olunması üçün respublika ərazisində fəaliyyət göstərən valyuta mübadiləsi məntəqələrində Mərkəzi Bankın “966” qaynar xətti ilə bağlı məlumat yerləşdirilib.