Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vençur kapitalı fondları üçün yeni tələblər və vergi güzəştləri təklif olunur - BBN

Vençur kapitalı fondları üçün yeni tələblər və vergi güzəştləri təklif olunur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Dəyişikliklər vençur kapitalı fondlarının fəaliyyətinin tənzimlənməsi və investorlar üçün vergi stimullarının yaradılmasını nəzərdə tutur.

Təklif olunan dəyişikliklərə əsasən, vençur kapitalı fondları və akkreditə olunmuş investorlar xarici ölkələrdə fəaliyyət göstərən innovativ layihələrə və startaplara investisiya yatırmaq üçün daha geniş imkanlar əldə edəcəklər. Eyni zamanda, bu investisiyalardan əldə edilən gəlirlərin ölkəyə qaytarılması və yenidən xaricə yönəldilməsi prosedurları sadələşdirilir.

Layihəyə görə, vençur kapitalı fondu yalnız peşəkar investorlardan cəlb olunmuş vəsaitləri innovativ layihələrə yönəldən investisiya fondu kimi fəaliyyət göstərəcək. Bu fondlar rəqəmsal texnologiyalar, innovasiya məhsulları, startaplar, texnologiyalar parkları və digər innovativ sahibkarlıq layihələrinin maliyyələşdirilməsi ilə məşğul olacaqlar.

Sənəddə akkreditə olunmuş investor anlayışı da müəyyən edilir. Bu status yüksək gəlirə, əhəmiyyətli maliyyə aktivlərinə və ya xüsusi peşəkar sertifikatlara malik şəxslərə və hüquqi şəxslərə şamil olunacaq.

Təklif edilən dəyişikliklərə əsasən, vençur kapitalı fondları azad hesabatlı və ya lisenziyalaşdırılan fond rejimində fəaliyyət göstərə biləcəklər. Azad hesabatlı fondların aktivlərinin həcmi 50 milyon manatdan çox olmamalı və investorlarının sayı 50 nəfəri keçməməlidir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər isə vençur kapitalı investisiyalarının təşviqinə yönəlib. Belə ki, vençur kapitalı fondlarının iştirakçılarına ödənilən dividendlərin gəlir vergisindən azad edilməsi, fondların dividend gəlirləri və investisiyaların satışından əldə etdikləri mənfəətin isə 100 faiz həcmində mənfəət vergisindən azad olunması nəzərdə tutulur.

Bundan əlavə, vençur kapitalı fondlarının investisiya fəaliyyətindən, eləcə də ali təhsil və elmi-tədqiqat müəssisələrinin texnologiya transferi və elmi nəticələrin kommersiyalaşdırılmasından əldə etdiyi gəlirlərin də vergidən azad edilməsi təklif olunur.

Related posts

Bank sədri: “Rabitəbank” 2 islam maliyyə məhsulu təqdim edən yeganə bankdır”

Şahin Mahmudzadə: “Bank sektorunun vaxtı keçmiş kreditləri 3%-dən azdır”

AMB ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı