Home » Venesueladakı hadisələr ABŞ neft şirkətlərinin səhmlərini bahalaşdırıb

Venesueladakı hadisələr ABŞ neft şirkətlərinin səhmlərini bahalaşdırıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Venesuelada baş verən son siyasi hadisələr fonunda bazar ertəsi günü keçirilən ticarətlərdə ABŞ-ın aparıcı neft şirkətlərinin səhmlərində əhəmiyyətli artım qeydə alınıb.

ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, Venesuela prezidenti Nikolas Maduronun oğurlanmasından sonra ölkədə faktiki idarəetmə ABŞ-ın nəzarətinə keçib. Bu bəyanat bazarlarda risk gözləntilərini artıraraq enerji sektorunda müsbət dinamika yaradıb.

Chevron Corp. şirkətinin səhmləri Bakı vaxtı ilə saat 13:00-da ticarətlərin açılışında 13% bahalaşaraq 170 ABŞ dolları səviyyəsini keçib. Qeyd edək ki, səhmlər 2 yanvar tarixində 155,8 dollarla bağlanmışdı. Gün ərzində qiymət 165 dollara qədər geri çəkilsə də, saat 15:30-da 167 dollar səviyyəsində korreksiya olunub.

ExxonMobil Corp. səhmləri də ticarətlərin əvvəlindən artım nümayiş etdirərək saat 15:30-da 127 ABŞ dollarına çatıb ki, bu da əvvəlki bağlanışla müqayisədə 4%-lik artım deməkdir. ConocoPhillips şirkətinin səhmləri isə təxminən 8% bahalaşaraq 104 dollar səviyyəsinə yüksəlib.

Bazar ertəsi günü ticarətlərində qiymətli metallar bazarında da yüksəliş müşahidə olunub. Qızılın spot qiyməti bir troya unsiyası üçün 4438 ABŞ dollarına qədər qalxıb. Saat 15:30-da isə metal 4422 dollardan ticarət olunub ki, bu da bağlanış qiymətinə nisbətən 2% artım deməkdir. COMEX birjasında fevral fyuçersləri isə 2%-dən çox bahalaşaraq 4433 dollara çatıb.

Gümüşün spot bazardakı qiyməti 76 ABŞ dollarını keçib. Gün ərzində qısa müddətli korreksiya nəticəsində qiymət 75 dolların altına düşsə də, sonradan yenidən artaraq 4,5% yüksəliş qeydə alıb.

Platinanın spot qiyməti bir unsiya üçün 2232,35 ABŞ dollarına (+5,4%) yüksəlib. Korreksiyadan sonra qiymət saat 15:30-da 2177 dollar səviyyəsində formalaşıb. Palladium isə spot bazarda təxminən 1700 ABŞ dollarından ticarət olunub ki, bu da 2%-lik artıma bərabərdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.