Home » Vergi daxilolmaları proqnozu üstələyib – büdcəyə 16,35 mlrd. manat daxil olub

Vergi daxilolmaları proqnozu üstələyib – büdcəyə 16,35 mlrd. manat daxil olub

by Zeyneb
0 comments 0 views 0 minutes read

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manat vəsait daxil olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, vergi daxilolmaları 2024-cü illə müqayisədə 3,5 %, proqnozla müqayisədə isə 5,5 % çox olub.

Məlumata görə, ötən il vergi daxilolmalarının 12 milyard 6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici əvvəlki ilə nisbətən 8,9 %, proqnozla müqayisədə isə 2,9 % artım deməkdir.

Xatırladaq ki, 2025-ci il üzrə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə köçürməli olduğu vəsaitin həcmi 15,5 milyard manat proqnozlaşdırılmışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.