Home » Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər iqtisadi inkişafı sürətləndirməyə yönəlib

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər iqtisadi inkişafı sürətləndirməyə yönəlib

by Zeyneb
0 comments 4 views 1 minutes read

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2026-cı il dövlət büdcəsi zərfinə daxil edilən Vergi Məcəlləsi və 16 qanuna təklif olunan dəyişikliklər ölkə iqtisadiyyatında dayanıqlı inkişafın dəstəklənməsini hədəfləyir.

Onun sözlərinə görə, nəzərdə tutulan yeniliklər biznes və vətəndaşlar üçün əlavə vergi yükü yaratmır, qeyri-sabitliyə səbəb olmur və biznes planlaşdırmasını çətinləşdirmir. Əksinə, yeni sahələr üzrə vergi təşviqləri hesabına vergi bazasının genişləndirilməsi nəzərdə tutulur.

Qanun layihəsi kölgə iqtisadiyyatı ilə mübarizənin gücləndirilməsi, daxili bazarın qorunması, idxaldan asılılığın azaldılması, strateji sahələrə investisiya təşviqi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi istiqamətləri əhatə edir.

Deputat qeyd edib ki, dəyişikliklər iqtisadi fəallığın artırılmasına, şəffaflığın yüksəldilməsinə və daxili istehsalın ixrac potensialının genişlənməsinə töhfə verəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.