Home » “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin açılışı olub

“Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin açılışı olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yanvarın 19-da Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin video konfrans formatında açılış tədbiri keçirilib. Tədbirdə layihənin Avropa İttifaqı tərəfindən rəhbəri Viktor Ciner, icraçı rəhbər Helder Conceicao, Azərbaycan tərəfdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq əlaqələr baş idarəsinin şöbə rəisi Eldar Babazadə və digər şəxslər iştirak ediblər. Görüş zamanı layihənin icrası üzrə müzakirələr aparılıb.

 “Vergi mübahisələrinin səmərəli həlli” texniki yardım layihəsinin icra müddəti 18 aydır və bir neçə komponentdən ibarətdir. Bunlar vergi mübahisələrinin həll olunması sisteminin hüquqi və institusional çərçivədə gücləndirilməsi, Dövlət Vergi Xidməti əməkdaşlarının mübahisələrin həlli istiqamətində bilik və bacarıqlarının artırılması, vergi mübahisələri ilə bağlı aidiyyəti tərəflərin, həmçinin ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması üzrə kommunikasiya proqramıdır.

Layihənin icrası üzrə tenderin qalibi Hollandiyanın ECORYS şirkətidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.