Home » Vergi nəzarətində yeni mərhələyə keçid

Vergi nəzarətində yeni mərhələyə keçid

by anar
0 comments 0 views 1 minutes read

Sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkədə həyata keçirilən vergi siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan islahatlar çərçivəsində 2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniş tətbiq olunan üfüqi monitorinq mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğvi nəzərdə tutulur. Yeni yanaşma orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasına imkan yaradacaq. Bununla da vergi ödəyicilərinin hüquqlarının daha geniş təmin olunması hədəflənir.

Üfüqi monitorinq modelinin tətbiqi üçün vergi ödəyicisinin orta və ya iri sahibkar statusuna malik olması, avtomatlaşdırılmış uçot sistemindən istifadə etməsi və daxili nəzarət sisteminin qurulması əsas şərtlər sırasında yer alır. Bu model çərçivəsində vergi ödəyicisinin əsas öhdəliklərinə vergi risklərinin əvvəlcədən vergi orqanına açıqlanması, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin təmin edilməsi daxildir.

Nəzarət və məsuliyyət mexanizmlərinə gəldikdə, üfüqi monitorinq iştirakçıları üzrə səyyar vergi yoxlamalarının aparılması yalnız istisna hallarda mümkün olacaq. Vergi ödəyicisi tərəfindən risklər əvvəlcədən açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Açıqlanmayan risklərin vergi orqanı tərəfindən aşkar edilməsi hallarında isə 25 faiz məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Yeni model vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, vergi yoxlamalarının sayının azalması inzibati yükün yüngülləşməsinə, əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin minimuma endirilməsinə imkan verəcək. Eyni zamanda, vergi orqanları ilə qarşılıqlı etimadın möhkəmlənməsi, şəffaflığın artması, sahibkarların maliyyə intizamının və korporativ idarəetmə səviyyəsinin yüksəlməsi gözlənilir.

Bununla yanaşı, üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçiminin verilməsi nəzərdə tutulur.

Görülən tədbirlər nəticəsində vergi intizamının yüksəlməsi, vergi inzibatçılığının səmərəliliyinin artması, uzunmüddətli dövrdə büdcə gəlirlərinin daha sabit və dayanıqlı formalaşması, eləcə də vergi ödəyiciləri ilə dövlət arasında etimada əsaslanan müasir vergi idarəetmə modelinin formalaşması gözlənilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.