Home » Vergi ödəyicilərinin sayı 6,3 faiz artıb

Vergi ödəyicilərinin sayı 6,3 faiz artıb

by anar
0 comments 1 views 1 minutes read

2024-cü ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.562.960 vergi ödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 92.407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78.597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13.810 vahid  (7,4 faiz) artıb.

Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183.528 vahid təşkil edib və 2023-cü ilin yanvar – iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.

2024-cü ilin 7 ayı ərzində 7.426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6.616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5.985-i (80,6 faizi) elektron qaydada, onların isə 4.832-si Asan İmza, 1.140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38.101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,0 faiz təşkil edib.

Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.