Home » Vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilir

Vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2022-ci il ərzində Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 481.032 şəxs qəbul edilib və onlara 910.986 sayda xidmət göstərilib ki, bunlardan 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Ötən il ərzində göstərilmiş ümumi elektron xidmətlərin 86 faizini 8 xidmət növü təşkil edib:
•    Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
•    Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
•    Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
•    Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
•    Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
•    Asan İmza sertifikatlarının verilməsi;
•    Vergi ödəyicisinə arayışların verilməsi;
•    Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi.
2022-ci il ərzində 5.035 vergi ödəyicisinin iştirakı ilə 315 görüş keçirilib, 6819 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 17,1 mindən çox yazılı müraciət cavablandırılıb, 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), vergi ödəyicilərinin mobil nömrələrinə 776 mindən artıq SMS göndərilib.
Ötən il ümumilikdə 220.822 müraciət üzrə 342.333 Asan İmza sertifikatı verilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.