Home » Vergi orqanlarına daxil olan şikayətlərin sayı azalıb

Vergi orqanlarına daxil olan şikayətlərin sayı azalıb

by anar
0 comments 1 views 1 minutes read

2023-cü ilin I yarımilliyi ərzində ümumilikdə vergi orqanlarına 163.940 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% çoxdur. Daxil olmuş müraciətlərdən 93 faizi ərizə, 6,9 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 95,2 faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 4,8 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 65,2 faizi həll olunub, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

Daxil olmuş şikayətlərin faktiki sayı 7.623 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz azdır. Hesabat dövründə həll olunmuş şikayətlərin böyük əksəriyyəti kameral vergi yoxlaması, qalanları isə maliyyə sanksiyasının silinməsi, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyətləri, təsdiqlənməmiş azalma (kameral yoxlanılmalı məbləğ), vergi borcu və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 265 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.