Home » Vergi qalmaqalı ilə xatırlanan Rishi Sunak həm də Britaniyanın ən varlı siyasətçilərindəndir

Vergi qalmaqalı ilə xatırlanan Rishi Sunak həm də Britaniyanın ən varlı siyasətçilərindəndir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bir neçə həftə seçkilərdə uduzan namizəd və sabiq Maliyyə naziri bu gün Böyük Britaniyanın ən sanballı vəzifəsinə, Baş nazir postuna yüksəlib. Böyük Britaniyanın varlı siyasətçilərindən biri olan Rishi Sunak son 3 ayda seçilən 3-cü Baş nazirdir, o ölkə tarixində ilk dəfə seçilən Cənubi Asiya mənşəli Baş nazirdir və sələflərindən fərqli olaraq cəmi 42 yaşı var. 

Rishi Sunak Mühafizəkarlar Partiyasının lideri və Baş nazir postunu Liz Truss-ın 44 gündən sonra istefa verməsindən sonra əldə edib. Liz Truss seçilməmişdən öncə isə onunla rəqib qalan tək namizəd isə elə Rishi Sunak idi.

Analitiklər isə bildirirdilər ki, yeni nazirin seçilməsi ölkə üçün seçim deyil, zərurətdir, çünki ölkə iqtisadi və siyasi problemlər ilə üz-üzədir və xoas hökum sürür. Yeni Baş nazir isə çıxışında iqtisadiyyatı möhkəmləndirməyə, siyasi birliyin təmin ediməsinə dair söz verib. 

Qeyd edək ki, o, pandemiya dövründə, insanların iqtisadi çətinliklər ilə mübarizə apardığı bir vaxtda bahalı həyat tərzinə görə tənqidlərə məruz qalmışdı. Həmçinin 2022-ci ildə vergi qalmaqalı ilə də xatırlanır.

Son bir sorğu isə göstərib ki, ingilis seçicilər ümumi seçkilərin keçirilməsini istəyirlər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.