![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bir neçə həftə seçkilərdə uduzan namizəd və sabiq Maliyyə naziri bu gün Böyük Britaniyanın ən sanballı vəzifəsinə, Baş nazir postuna yüksəlib. Böyük Britaniyanın varlı siyasətçilərindən biri olan Rishi Sunak son 3 ayda seçilən 3-cü Baş nazirdir, o ölkə tarixində ilk dəfə seçilən Cənubi Asiya mənşəli Baş nazirdir və sələflərindən fərqli olaraq cəmi 42 yaşı var.
Rishi Sunak Mühafizəkarlar Partiyasının lideri və Baş nazir postunu Liz Truss-ın 44 gündən sonra istefa verməsindən sonra əldə edib. Liz Truss seçilməmişdən öncə isə onunla rəqib qalan tək namizəd isə elə Rishi Sunak idi.
Analitiklər isə bildirirdilər ki, yeni nazirin seçilməsi ölkə üçün seçim deyil, zərurətdir, çünki ölkə iqtisadi və siyasi problemlər ilə üz-üzədir və xoas hökum sürür. Yeni Baş nazir isə çıxışında iqtisadiyyatı möhkəmləndirməyə, siyasi birliyin təmin ediməsinə dair söz verib.
Qeyd edək ki, o, pandemiya dövründə, insanların iqtisadi çətinliklər ilə mübarizə apardığı bir vaxtda bahalı həyat tərzinə görə tənqidlərə məruz qalmışdı. Həmçinin 2022-ci ildə vergi qalmaqalı ilə də xatırlanır.
Son bir sorğu isə göstərib ki, ingilis seçicilər ümumi seçkilərin keçirilməsini istəyirlər.