Home » “Vergi və hesabatlılıq” üzrə işçi qrupun ilin yekun hesabat iclası keçiriləcək

“Vergi və hesabatlılıq” üzrə işçi qrupun ilin yekun hesabat iclası keçiriləcək

by anar
0 comments 0 views 1 minutes read

2023-cü il dekabrın 21-də saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun geniş tərkibdə ilin yekun hesabat iclası keçiriləcək.

İclasda Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Vəkillər Kollegiyası, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin ümumiləşdirilmiş yekun hesabatı dinləniləcək, görülmüş işlər və özəl sektorun Yol Xəritəsinin icrasında rolu, həmçinin  2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması istiqamətində təkliflər müzakirə ediləcək.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə aidiyyəti məsələlər barədə təkliflər verə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.