Home » “Visa” 5.3 milyardlıq satınalma həyata keçirir

“Visa” 5.3 milyardlıq satınalma həyata keçirir

by bbnadm
0 comment 0 views 1 minutes read

“Visa” şirkəti API protokoluna malik maliyyə texnologiyaları şirkəti olan “Plaid”i satın alıb. 5.3 milyard dollar qarşılığında “Visa” şirkətinin tərkibinə keçən “Plaid” şirkətinin təsisçisi Zach Perret açıqlamasında bildirib ki, “Plaid” ayrıca müstəqil bir şirkət kimi mövcud olsa da fəaliyyətini daha çox “Visa” brendi və resursları istiqamətində formalaşdıracaq. Satınalma eyni zamanda, “Visa” şirkətinin yeni bazarlara, yeni məhsul və xidmətlərə çıxışını təmin edəcək.

Məlumat üçün qeyd edək ki, “Plaid” şirkətinin təkmilləşdirdiyi proqram təminatı vasitəsilə “Venmo”, “Robinhood”, “Coinbase”, “Gemini” kimi bir sıra ödəmə və maliyyə texnologiyaları şirkətləri müştərilərin bank hesablarına təhlükəsiz şəkildə qoşula və xidmətlərini istifadəçilərinə təklif edə bilirlər. 2013-cü ilin may ayında təsis edilən “Plaid” şirkəti ilkin maliyyələşdirmə dövründə “Visa”, “Mastercard”, “Goldman Sachs”, “Citi” və “American Express” kimi maliyyə nəhənglərindən investisiya cəlb edib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.