5


Dekabrın 5-də Visa-nın Baş direktoru və Azərbaycan üzrə Ölkə direktoru Nurlan Hacıyev “FİNTEX İSTANBUL” beynəlxalq sammitində iştirak edib.
“Uzun illərdir ki, Visa şirkəti Azərbaycanda FİNTEX SAMMİT-in tərəfdaşıdır. Bu il biz Türkiyə, Azərbaycan, Gürcüstan, Özbəkistan və digər ölkələrdən olan ekspertlərlə birlikdə bank və maliyyə sistemindəki yeni tendensiyaları müzakirə etmək üçün yeni bazara qoşulduq”, – deyə Visa-dan bildirilib.
Tədbir barədə daha ətraflı məlumatı aşağıdakı veb-səhifədən əldə edə bilərsiniz: https://bit.ly/41cjqG3