Home » VTB (Azərbaycan) 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

VTB (Azərbaycan) 2024-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

by ulviyya
0 comment 1 views 1 minutes read

31 mart 2024-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın xalis mənfəəti 2,202 milyon manat, aktivləri isə 243,399 milyon manat təşkil edib.

VTB-nin kredit portfeli 2023-cü ilin birinci rübü ilə müqayisədə 18% artıb. Həmçinin pərakəndə kreditləşməsində də 14% artım qeydə alınıb, biznes kreditləri isə 20,5%, ipoteka kreditləşməsinin artımı 21% təşkil edib.

2024-cü ilin birinci rübünün sonunda məcmu kapitalın adekvatlığı əmsalı 38,26 (norma 12), I dərəcəli kapitalın adekvatlığı isə 36,58 (norma 6) təşkil etmişdir. Leverec əmsalı 32,72% (norma 5%) təşkil edib.

Bankın kapitalı 93,352 milyon manat olmaqla, illik ifadədə 2,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 87% üstələyib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.