
Kredit portfelinin ümumi həcmi 242,036 milyon manat təşkil edib. Biznes kreditlərinin ümümi portfeldə payı 29 faizə yaxın və ya 70,805 milyon manat təşkil edib.
Bankın xalis faiz gəlirləri 2025-ci ilin üçüncü rübündə 22,94 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə artım 44% təşkil edib), qeyri-faiz gəlirləri isə 11,388 milyon manata (16% çoxdur) çatıb.
2025-ci ilin 3-cü rübünün nəticələrinə görə, VTB (Azərbaycan)-nın kapitalının gəlirliliyi (ROE) 13,3% təşkil edib.
Bankın məcmu kapitalı isə 102,310 milyon manatı ötüb, bu da Mərkəzi Bankın normativ tələblərini 2 dəfə üstələyib. Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 11% artıb.





