Home » VTB (Azərbaycan) depozitlər üzrə gəlirliliyi artırıb

VTB (Azərbaycan) depozitlər üzrə gəlirliliyi artırıb

by anar
0 comment 1 views 1 minutes read

VTB (Azərbaycan) iki depozit üzrə gəlirliliyi 1-8 faiz bəndi artırıb. “Sərfəli” əmanəti üzrə maksimal gəlir 6 ay müddətinə yerləşdirildikdə illik 12%, “Avans” üzrə isə 18 ay müddətinə yerləşdirildikdə illik 11% təşkil edəcək.

“Avans” depozitini milli valyutada 12 aydan 36 aya qədər müddətə, “Sərfəli” əmanətini isə 3 valyutada 3 aydan 36 aya qədər açmaq olar. Hər iki depozitə vəsaitin əlavə edilməsi mümkün deyil.

“Klassik əmanətlər pərakəndə müştərilər arasında populyar olmaqda davam edir. Buna bankların əmanətçilərinə təklif etdiyi ikirəqəmli gəlirlilik faiz dərəcələri təsir edir. 2024-cü ilin birinci rübünün yekunlarına görə, bankımızın fiziki şəxslər üzrə əmanət portfeli 51,5 mln manata çatıb. “Avans” depoziti də müştərilər arasında üstündür, çünki onların yay və tətil mövsümündən əvvəl əlavə vəsaitlərə ehtiyacları vardır “, – deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.