VTB (Azərbaycan) Rusiya informasiya-mədəniyyət mərkəzi ilə birgə ölkənin aztəminatlı ailələrindən olan 350 birinci sinif şagirdinə yeni dərs ilinə hazırlaşmağa kömək edib. “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi çərçivəsində azyaşlı şagirdlərə tam dəstlə təchiz olunmuş çantalar təqdim olunub.
VTB-nin dəstəyi ilə keçirilən tədbir sentyabrın 1-dən 13-dək Niç və İvanovka kəndlərində, Şüvəlan kəndində, həmçinin Goranboy, Gəncə və Bakı şəhərlərində baş tutub. Layihənin əsas məqsədi bu il birinci sinfə qədəm qoyan aztəminatlı ailələrinin uşaqlarına kömək etməkdir.
“Bizim kollektivimiz üçün hər il aztəminatlı ailələrin uşaqlarına məktəb həyatına hazırlaşmağa kömək etmək yaxşı bir ənənəyə çevrilib. Bunun üçün onların rahat çantası, dəftərləri, dərslikləri və digər məktəb ləvazimatları olmalıdır. Təəssüf ki, aztəminatlı ailələrin övladlarını məktəbə hazırlamaq həmişə münasib olmur, lakin biz Azərbaycan ailələrinin adət-ənənələrini, övladlarını necə sevib böyütdüklərini yaxşı bilirik. Buna görə də biz bu layihədə gənc məktəblilərə yeni tədris ilini tam rahatlıqla qarşılamaq üçün böyük məmnuniyyətlə iştirak edirik”, – deyə VTB (Azərbaycan) İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.
VTB (Azərbaycan) Respublikada keçirilən idman, mədəni və sosial əhəmiyyətli tədbirlərin daimi iştirakçısıdır. Bank məktəb şagirdlərini və aztəminatlı ailələrdən olan uşaqlar üçün yay düşərgələri vasitəsilə maliyyə savadlılığının artırılması üçün təhsil təlimləridə keçirir.