Home » VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

by anar
0 comments 0 views 1 minutes read

Novruz bayramı təkcə ənənələrdən ibarət deyil, həm də biznes sahəsi üçün böyük imkanlar yaradır. Belə ki, VTB (Azərbaycan) sahibkarlar üçün mikro kreditlər üzrə xüsusi kampaniya elan edir.

Kampaniya çərçivəsində müştərilər 30 000 manata qədər mikro krediti komissiyasız, girovsuz və zaminsiz, illik 18%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu isə məhsulu geniş müştəri auditoriyası üçün daha əlçatan və rahat edir.

Kredit vəsaitləri müştərinin göstərdiyi ünvana çatdırıla bilər, bütün sənədlər isə rəqəmsal SİMA İmza ilə imzalanır. Bu da rəsmiləşdirmə prosesini daha sürətli həyata keçirməyə imkan yaradır.

Novruz bayramı yeni fürsətlər və planların həyata keçirilməsi dövrü hesab olunur və xüsusi təklif müştərilərə şəxsi və biznes təşəbbüslərinin inkişafı üçün əlavə dəstək almağa şərait yaradır. Aksiya məhdud müddət ərzində keçərlidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.