Vüsal Qasımlı Özbəkistanda beynəlxalq konfransda çıxış edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Özbəkistanda islahatların inkişafının ölçülməsi: Beynəlxalq reytinqlər və indekslər” mövzusunda beynəlxalq konfransda açılış panelində iştirak edəcək.

 Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modeli barədə çıxış edəcək. İİTKM-in üç əsas fəaliyyət istiqaməti – iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası – arasında funksionallıq barədə təqdimat olunacaq. Xüsusilə də konfrans iştirakçıları ilə Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi və beynəlxalq qurumlarla əməkdaşlıq, həmçinin dövlət-özəl dialoqu əsasında islahatların dizaynı, qəbulu, realizasiyası və qiymətləndirilməsi barədə təcrübə bölüşdürüləcək.

Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT başda olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır