Home » Vüsal Qasımlı: “Süni intellekt milli iqtisadiyyatı kökündən dəyişdirəcək”

Vüsal Qasımlı: “Süni intellekt milli iqtisadiyyatı kökündən dəyişdirəcək”

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycanda süni intellekt cəmiyyəti və milli iqtisadiyyatı kökündən dəyişdirəcək.

BBN.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı “InsurTech” (“sığorta texnologiyaları”) adlı dərs vəsaitinin təqdimat mərasimində bildirib.

Kitabı İİTKM Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə birgə hazırlayıb.

Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı bütün sektorları əhatə edir: “Biz hər mərhələdə texnologiyanın süni intellekt sektoruna təsirini açıq şəkildə hiss edirik. Ən üst səviyyədə isə agent əsaslı süni intellekt dayanır. Bu yanaşma təkcə texnologiya sahəsini deyil, bütövlükdə cəmiyyəti və həyat tərzimizi kökündən dəyişdirəcək”.

V.Qasımlı əlavə edib ki, bu miqyaslı transformasiya fonunda kənarda qalmaq mümkün deyil: “Biz deyə bilmərik ki, bu dəyişikliklər bizə aid deyil. Ona görə də kreativ iştirakçılarla birlikdə süni intellekt üzrə dərs vəsaiti hazırlamaq qərarına gəldik. Məqsəd nəzəri biliklərlə praktikanı bir araya gətirməkdir”.

Report

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.