Home » Vüsal Xəlilov: Fintexdə kadr potensialının gücləndirilməsi yeni rəqəmsal məhsulları sürətləndirəcək

Vüsal Xəlilov: Fintexdə kadr potensialının gücləndirilməsi yeni rəqəmsal məhsulları sürətləndirəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Fintex sektorunda kadr potensialının gücləndirilməsi yeni rəqəmsal məhsul və xidmətlərin yaradılmasını sürətləndirəcək.

Bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Azərbaycan Texniki Universitetində “FinTech” laboratoriyasının (“FinTech Lab”) açılış mərasimində səsləndirib.

Onun sözlərinə görə, bu təşəbbüs fintex istiqamətinin inkişafına ciddi təkan verəcək. “Bundan əlavə, sektorun inkişafı ilə bağlı Azərbaycan Mərkəzi Bankının bir sıra tədbirləri əhatə edən strategiyası mövcuddur. Bu çərçivədə ödəniş sistemlərinin inkişafı, QR sisteminin təkmilləşdirilməsi bizə mühüm dəstək göstərəcək”, – deyə o bildirib.

V.Xəlilov qeyd edib ki, rəqəmsallaşma prosesində əsas çağırışlardan biri məhz kadr potensialının formalaşdırılmasıdır. O vurğulayıb ki, rəqəmsal maliyyə artıq ölkə iqtisadiyyatının inkişafını sürətləndirən əsas alətlərdən birinə çevrilib.

Sədr müavininin sözlərinə görə, son 10 ildə Dünya BankıBeynəlxalq Hesablaşmalar Bankının hesabatları da göstərir ki, rəqəmsal maliyyə maliyyə əlçatanlığının artırılması və iqtisadi artımın stimullaşdırılması baxımından əsas mexanizmə çevrilib. “Yəni rəqəmsal maliyyə artıq sadəcə dəstəkləyici funksiya deyil”, – deyə o əlavə edib.

V.Xəlilov həmçinin xatırladıb ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə rəqəmsallaşdırma və süni intellektin inkişafı ölkənin strateji prioritetləri sırasında göstərilib. “Son 8 ildə maliyyə sektorunda rəqəmsallaşma səviyyəsinə baxsaq, şübhəsiz ki, bu sahə ölkədə ən çox rəqəmsallaşmış sektordur”, – deyə o qeyd edib.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.