Home » Vətən müharibəsi şəhidlərinin ipoteka krediti üzrə öhdəlikləri tam olaraq bağlanılıb

Vətən müharibəsi şəhidlərinin ipoteka krediti üzrə öhdəlikləri tam olaraq bağlanılıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində başlayaraq 44 gün davam edən və müzəffər Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində Ermənistan Respublikasına məxsus hərbi qüvvələrin yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında ölən və yaralananlar olub. Şəhid olanlar arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşlarımızın da adları var.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 mln. manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiqlənmiş  “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.