Pul köçürmə sistemi olan “Western Union” Avstriya, Belçika, İtaliya, Portuqaliya və Omanda müştəriləri pul köçürmələri edən agentlər ilə əlaqələndirən video-telefon xidmətini təqdim edir.
Qeyd edək ki, bu xidmət Covid-19 pandemiyasına görə karantin elan olunan ölkələrdə tətbiq edilir.
“Western Union”-un prezidenti və icraçı direktoru Hikmet Ersek bildirib ki, bəzi yerlərdə sosial təcrid səbəbilə online xidmətlərə tələbat artıb.
“Müştərilərimizin ailəsinə və yaxınlarına pul göndərməsinə və ya idxalçı və ixracatçılara tədarükçülərinə ödənişlərin edilməsi hər zamankındən daha vacibdir. Pul axını, müştərilərimiz və tərəfdaşlarımız da daxil olmaqla bir çox müştərimiz üçün vacib bir gəlir mənbəyidir. Mövcud qeyri-müəyyənlik içərisində, pulun ən çox lazım olduğu yerə hərəkəti üçün əlimizdən gələni edirik.”-deyə o qeyd edib.