Home » “Western Union”la beynəlxalq pul köçürmələri indi UBank mobil tətbiqində

“Western Union”la beynəlxalq pul köçürmələri indi UBank mobil tətbiqində

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Unibank müştəriləri artıq Western Union beynəlxalq pulköçürmə sistemindən istifadə edərək, 200-dən çox ölkəyə mobil telefonlarından pul köçürməsi edə bilərlər. “Unibank”ın mobil tətbiqi UBank-a qoşularaq cəmi bir neçə kliklə Western Union-la saniyələr ərzində dünyanın dörd bir yanına 7/24 pul köçürməsi etmək və qəbul etmək mümkündür.

UBank -da Western Union-dan istifadə etmək üçün müştərinin “Unibank”da hesabı olmalıdır. Mobil telefon vasitəsilə köçürmə həyata keçirən zaman istifadəçi Western Union bölməsində göstərilən ad, soyad, ölkə və məbləğ kimi məlumatları daxil edir.

Pul köçürmələrinə görə tarif dərəcəsi təyinat ölkəsindən və məbləğdən asılı olaraq, köçürülən məbləğin 0,9% -dən başlayır. 14 sentyabr 2021-ci il tarixədək müştərilər Western Union pul köçürmələrində 30% endirim əldə etmək üçün UBANK30 promokodundan da istifadə edə bilərlər.

Xidmət həmçinin köçürmə edənlərə pul ödənilənə qədər əməliyyatı redaktə etməyə və ya geri qaytarmağa imkan verir. Tranzaksiyanın statusunu tətbiqdə davamlı izləmək mümkündür.

Azərbaycanda ən çox istifadə olunan mobil bank tətbiqindən olan UBank istifadəçilərinin sayı artıq 1 milyonu keçib. Mobil tətbiq müştərinin banka getmədən əksər bank məhsulları və xidmətlərindən 7/24 istifadə etməsinə imkan yaradır. Unibank müştərisi olmayanlar da asanlıqla bu mobil tətbiqdən istifadə edə bilər.

Unibank – Sənin Bankın!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.