Home » “World Bank” Türkiyəyə ilkin yardımın məbləğini açıqladı – 1.78 milyard dollar

“World Bank” Türkiyəyə ilkin yardımın məbləğini açıqladı – 1.78 milyard dollar

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ötən həftə “World Bank” (Dünya Bankı) Türkiyəyə ilkin yardımın məbləğini açıqlayıb. Bildirilir ki, bank Türkiyənin cənub-şərq bölgəsində baş verən güclü zəlzələnin nəticələrini (bərpa və infrastrukturunun yenilənməsi) aradan qaldırmaqdan dolayı 1.78 milyard dollar maliyyə yardımı ayırıb.

BBN.az worldbank.org-a istinadən xəbər verir ki, World Bank Group-un prezidenti David Malpass isə bildirib ki, “Güclü zəlzələdən dolayı itkilər yaşayan Türkiyə və Suriyaya dərin kədərimizi ifadə edirik”.

Qeyd edək ki, vəsaitin 780 milyon dolları, hazırda Group-un Türkiyədə aktiv olan iki layihəsi vasitəsi ilə əlavə 1 milyard dollar isə World Bank tərəfindən təklif edilib. Bank hazırda ölkədə 30 layihəni icra edir və dəyəri isə 9 milyard dollardır. 

Bildirək ki, ötən həftə Türkiyədə 7.8 və 7.6 bal gücündə güclü zəlzələ baş vermişdi. Türkiyədəki zəlzələ XXI əsrin ən ölümcül 7-ci fəlakəti siyahısına daxil olub. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.