Home » “World Economic Forum”: Ölkələrin xarici valyuta rezervləri saxlamasının – 6 səbəbi

“World Economic Forum”: Ölkələrin xarici valyuta rezervləri saxlamasının – 6 səbəbi

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Əsasən Mərkəzi Banklar başqa ölkələrdən nağd valyuta saxlayır. Bəs səbəb nədir?

BBN.az bu haqda “World Economic Forum”un videosuna istinadən yazır.

  • Birinci növbədə Mərkəzi Banklar iqtisadi böhranlar zamanı likvidliyi saxlamaq üçün bunu edir. Mərkəzi Bank xarici rezerv ilə yerli valyuta alır. Bu isə yerli valyutanın qiymətini bahalı saxlayır  və treyderlər isə ixrac və idxal əməliyyatlarını davam etdirirlər.
  • Beynəlxalq maliyyə öhdəliklərini yerinə yetirmək üçün – Mərkəzi Banklar xüsusilə borclar daxil olmaqla, Beynəlxalq maliyyə öhdəliklərini yerinə yetirmək üçün xarici valyuta rezervləri saxlayırlar.
  • Yeni layihələri maliyyələşdirmək üçün. Məsələn, infrastruktur kimi.
  • Yerli valyutanın dəyərini tənzimləyir. Çinin dollar ehtiyatı birincini yuan qarşısında dəyərini yüksək saxlayır. Bu isə Çinin ixracını ABŞ əsaslı mallar ilə müqayisədə daha ucuz edir və satışları artırır. Eyni səbəbdən dolayı Yaponiya ABŞ istiqrazları almaqla yeni dollar qarşısında aşağı saxlayır. 
  • Xarici investorların cəlbi üçün – Müharibə, vətəndaş qarşıdurma və həbsləri zamanı xarici investorlar vəsaitlərini ölkədən çəkmək istəyə bilər. Forex ehtiyat layihələri isə etibar mühitini saxlamağa kömək olur. 
  • Ölkənin portfoliosunu müxtəlifləşdirmək üçün – Mərkəzi Bankda müxtəlif aktivlərin saxlanılması riskləri aşağı sala bilər. Dəyişkən periodlar zamanı investorlar tez-tez nağd pulu daha etibarlı valyutaya dəyişmək istəyə bilərlər. Məsələn, Yaponiya yeni, İsveç frankı və xüsusilə ABŞ dolları kimi. Şri-Lankada iqtisadi böhran zamanı forex rezervləri 99% azalmış, 50 milyon dollara enmişdi. Vəsaitlərdən isə yanacaq, ərzaq, dərman və digər vacib məhsullar almaq üçün istifadə etmişdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.