Home » “World Net Summit” onlayn konfransı çərçivəsində daha iki tədbir keçiriləcək

“World Net Summit” onlayn konfransı çərçivəsində daha iki tədbir keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Startup Academy” və “Monex Summit” tədbirləri ilə öz işinə başlayan “World Net Summit” onlayn konfransı bu gün “Government Address” və “Influencer Summit” tədbirləri ilə davam edəcək.

“Government Address” fazası saat 16:30-18:00-da məşhur aparıcı Leyla Quliyevanın moderatorluğu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Sapko, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, “bp”nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun spiker kimi iştirakı ilə keçiriləcək.

“Influencer Summit” fazası isə 19:30 – 21:00 saatlarında “Asan Radio”nun direktoru Emin Musəvinin moderatorluğu, “Keepface” şirkətinin həmtəsisçisi Emin Vəli, məşhur müğənni və bəstəkar Murad Arif və sosial media influenseri Nərmin Kazımova – İsgəndərovanın spiker kimi iştirakı ilə baş tutacaq.

Tədbirlər “Facebook” sosial şəbəkəsi və “Youtube” üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

Xatırladaq ki, “World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə baş tutur. Ümumilikdə “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla, 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən artıq spikerin çıxışı nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.