Xəzinə naziri Janet Yellen-dən iflas edən bank ilə bağlı açıqlama

ABŞ Xəzinə naziri Janet Yellen iflas edən “Silicon Valley Bank” (SVB) ilə bağlı açıqlama verib.

BBN.az ABC News TV proqramına istinadən xəbər verir ki, nazir deyib ki, “2008-ci ildəki maliyyə böhranında olduğu kimi bu dəfə iflas edən digər bir banka – SVB Banka maliyyə yardımı edilməyəcək və bu müzakirə mövzusu deyil”. “Biz bunu yenidən etməyəcəyik”, – deyə o, sözlərinə əlavə edib. 

Qeyd edək ki, sonuncu dəfə ABŞ-da belə bir böyük bankın iflası 2008-ci il maliyyə böhranında baş vermişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır