Home » Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (CEPI) üzrə İcra Komitəsinin ilk iclası keçirilib

Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (CEPI) üzrə İcra Komitəsinin ilk iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

14 oktyabr 2020-ci il tarixində Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (CEPI) İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə təşəbbüsə üzv olan şirkətlərin ilk iclası keçirilmişdir.İclasda 2021-ci il üçün İş Planı müzakirə olunaraq təsdiqlənmiş və layihə koordinatoru seçilmişdir. Bundan başqa, CEPI-nin strategiyasına uyğun olaraq, SOCAR-ın Xəzər regionunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilmiş və İş Planına daxil edilmişdir. Bunun üçün iştirakçı şirkətlərin öz aralarında qabaqcıl təcrübələrinin paylaşılması, alternativ enerji texnologiyası ilə bağlı müşavirə və fikir mübadiləsinin təşkili və bu minvalla alternativ enerji istehsalının effektivliyinin artırılması nəzərdə tutulur.

2021-ci ildə istixana qazlarının emissiyasının sıfır həddinə qədər endirilməsinin təbliğ olunması və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbir və təlimlərin təşkilinə dair razılıq əldə olunub.

Xatırladaq ki, daha əvvəl SOCAR, KazMunayQaz, BP, “Equinor” Abşeron AS, “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve – CEPI) adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılmışdı. Cari ilin 14 sentyabr tarixində Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, KazMunayQaz şirkətinin idarə heyətinin sədri Alik Aidarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qəri Cons, “Equinor” Abşeron AS şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi, “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən CEPI üzrə Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilmişdir. CEPI Təşəbbüs Qrupunun məqsədi Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılmasından ibarətdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.