Home » “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədr seçilib

“Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədr seçilib

by bbnadm
0 rəy 4 baxış 1 dəqiqə oxuma

8 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası keçirilmişdir.

“Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədrliyin namizədliyi müzakirə edilmiş, nəticədə sözü gedən vəzifəyə “Kapital Bank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev seçilmişdir.

Nəzərinizə çatıdıraq ki, Fərid Əliyev 2 may 1984-cü ildə anadan olub. 2001-ci ildə Qafqaz Universitetinin İqtisadiyyatın idarə edilməsi fakültəsinin, Bank işi və menecment ixtisasına daxil olub. Sonra Türkiyədəki Sabançı Universitetində yüksək ixtisas proqramını bitirib. 2008-ci ildən bank sistemində işləyir. 2008-2009-cu illərdə Yapı Kredi Bankda qiymətli kağızlarla məşğul olan broker şirkətinə direktor təyin edilib. 2009-2013-cü illərdə DəmirBank-da Xəzinədarlıq departamentinin Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinin müdiri, sonra Əməliyyat departamentinin direktoru işləyib. 2013-2014-cü illərdə Paşa Bank-da Investment Banking departamentində işləyib. 2014-2019-cu illərdə Ziraat Bank Azərbaycanda İdarə Heyətinin üzvü olub. 2019-cu ildə Kapital Bank-da Korporativ Satışlar departamentinin direktoru, 2020-ci ildən indiyədək Xəzinədarlıq departamentinin direktorudur. Ailəlidir, 1 övladı var.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.