Home » “X” üçüncü rübdə 577,4 milyon dollar xalis zərər açıqlayıb

“X” üçüncü rübdə 577,4 milyon dollar xalis zərər açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

“X” üçüncü rübdə 577,4 milyon dollar xalis zərər bildirib.

BBN.az xəbər verir ki, İlon Maskın sahibi olduğu “X” şirkətinin satışları üçüncü rübdə artım göstərib, lakin o, 44 milyard dollara aldığı şirkəti yenidən strukturlaşdırmağa çalışdığı bir vaxtda sosial şəbəkə hələ də ciddi xərclərlə üz-üzədir.

Əvvəllər “Twitter” kimi tanınan şirkət 30 sentyabrda başa çatan üç aylıq dövr üzrə 752 milyon dollar gəlir açıqlayıb.

“Bloomberg”ə danışan mənbələrin bildirdiyinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faizdən çox artım deməkdir. Mənbələrə əsasən, “X”in satışları ilin ilk doqquz ayında 2 milyard dolları keçib.

Buna baxmayaraq, “X” il ərzində əsasən yenidən strukturlaşdırma xərcləri olmaqla yüksək məsrəflərlə mübarizə aparıb. Eyni mənbələrə görə, bu xərclər üçüncü rübdə 577,4 milyon dollar həcmində xalis zərərə səbəb olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.