Home » Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97%-dir

Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97%-dir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97% təşkil edir. Belə ki, Xaçmaz KOB evində sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq olunur və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür.

Qeyd edək ki, bu ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB evində sahibkarlara 25 xidmət pəncərəsi üzrə 300-ə yaxın dövlət (“G2B”) və biznes-biznes (“B2B”) xidmətləri vahid məkanda təqdim olunur. İndiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara 4500-dən çox xidmət göstərilib. Sahibkarlara xidmətlərin bir məkanda göstərilməsi vaxt itkisini və əməliyyat xərclərini azaldır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.