Home » Xaçmaz KOBİM Qusar və Xaçmazda yeni müəssisələrin yaradılması üçün məsləhət xidməti göstərib

Xaçmaz KOBİM Qusar və Xaçmazda yeni müəssisələrin yaradılması üçün məsləhət xidməti göstərib

by bbnadm
0 comments 0 views 1 minutes read

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların təsərrüfatlarında və istehsal müəssisələrində də praktik təlimlər keçirilir, yerində məsləhət xidmətləri göstərilir.

Növbəti belə məsləhət xidməti Xaçmaz KOB İnkişaf Mərkəzi (Xaçmaz KOBİM) tərəfindən Xaçmaz və Qusar rayonlarında qida müəssisələrinin qurulması məqsədilə istehsal planının hazırlanması üçün təşkil olunub. Belə ki, Xaçmaz KOBİM-in mütəxəssisləri tərəfindən Xaçmaz və Qusar rayonlarında quru balıq istehsalı və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin normativlərə və müasir standartlara uyğun şəkildə qurulması üçün sahibkarlıq subyektlərinə zəruri məsləhətlər verilib, istehsalın yeni texnologiyalara uyğun təşkilinin məhsulların kəmiyyət və keyfiyyətinə təsiri sahibkarların diqqətinə çatdırılıb.

Müəsissələrin qurulması prosesində yenidən ehtiyac yaranarsa Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən zəruri məsləhət xidmətləri davam etdiriləcəkdir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.