Home » Xaçmazda aqrar sahibkarlar üçün ixrac, subsidiya və sığorta mövzularında görüş keçiriləcək

Xaçmazda aqrar sahibkarlar üçün ixrac, subsidiya və sığorta mövzularında görüş keçiriləcək

by Aytac
0 comments 0 views 1 minutes read

Xaçmaz rayonunda fəaliyyət göstərən aqrar sahibkarlarla kənd təsərrüfatı məhsullarının ixracı, aqrar subsidiya imkanları və sığorta mexanizmlərinə dair maarifləndirici görüş keçiriləcək. Tədbir Xaçmaz KOB Evində təşkil olunacaq.

Görüş Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sığorta Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən sahibkarların ixrac imkanlarının genişləndirilməsi, aqrar subsidiya mexanizmlərindən səmərəli istifadə imkanlarının izahı, həmçinin fermerlərin istehsal prosesində üzləşə biləcəyi risklərdən qorunma yolları barədə məlumatlandırılmasıdır.

Görüş çərçivəsində aşağıdakı mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur:

  • aqrar məhsulların ixracında mövcud vəziyyət və yeni ixrac kanallarına çıxış imkanları;

  • aqrar sahədə rəqəmsal həllərin tətbiqi və rəqəmsallaşmanın üstünlükləri;

  • aqrar sığorta mexanizmləri və fermerlərin risklərdən qorunması.

Görüş 22 dekabr 2025-ci il tarixində, saat 12:00-da Xaçmaz KOB Evində keçiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.